Araz Elsəsin konserti olacaq

Məşhur azərbaycanlı, Türk dünyasının ozanı Araz Elsəs Bakıda konsert verəcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, konsert may ayının 29-da paytaxtın Monte Karlo şadlıq sarayında keçiriləcək. Biletlərin satışı və konsertlə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, məşhur ozan Araz Elsəs martın 24-də Bakıda konsert proqramı ilə çıxış edəcəkdi. Lakin, konsert təxirə salındı. Təşkilatçılar konsertin keçirilməməsinin səbəbini həm texniki problemlərin yaranması, həm də Araz Elsəsi müşayiət edən ansamblın Bakıya gəlməməsi ilə əlaqələndirdilər.

Qeyd edək ki, Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button