ARDNŞ-də daha 3 nəfər öldü

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) faciəli hadisə baş verib. Redaksiyamıza daxil olan məlumata görə, hadisə nəticəsində üç əməkdaş həlak olub.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev 24saat.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Hadisə “28 may” NQÇİ-nin 14-cü özülündə baş verib. Özülün rəis müavini Hüseyin Quliyev və ustalar Vüqar Əliyev, Surəddin Qurbanov sentyabrın 27-i axşam saatlarında ehtiyatsızlıq ucbatından həyatlarını itiriblər. Onlar hələ təhvil verilməmiş obyektə girərək qayıqlarla maraqlanıblar. Bu zaman qəza baş verib. Bu, ilkin versiyadır.” N.Quliyev əlavə edib ki, faktla bağlı araşdırma aparılır.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button