ARDNŞ prezidenti qızına möhtəşəm toy elədi!

Rövnəq  Abdullayev oxuyanlara 200 min manat xərcləyib!

 Ötən cümə günü, sentyabrın 16-da məmurların şadyanalıq sarayı “Buta Palace”da ARDNŞ prezidenti Rövnəq Abdullayevin qızının dəbdəbəli toyu baş tutub. Gecə saat 4-ə qədər davam edən toyu xalq artisti Brilliant Dadaşova idarə edib. Toyda həmçinin yerli, türk və xarici müğənnilər oxuyublar. Mənbəmiz bildirir ki, təkcə toyda oxuyanlara iki yüz min manatadək pul xərclənib. Toyda dövlət başçısından başqa bütün iri çinli məmurlar iştirak edib. Maraqlıdır ki, yalnz təhsil naziri Misir Mərdanov qonaqlar arasında gözə dəyməyib. Bu ayın əvvəlində prezidentin qızının toy məclisini xatırladan mənbəmiz bildirir ki, Misir Mərdanovu Arzu xanımın toyunda görməyən Rövnəq Abdullayev naziri qızının toyuna dəvət etməkdən çəkinib. Yalnız təhsil nazirinin keçmiş müavini Elmar Qasımov (14 sentyabrda prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb – XuralTAC) toya gələrək, Rövnəq Abdullayevi təbrik edib və elə qapıdanca geri qayıdıb. Mənbəmizin sözlərinə görə, Elmar Qasımovun Rövnəq Abdullayevlə dostluq əlaqələri olsa da, qanı qara olan keçmiş nazir müavini toyda iştirak etməyib.

Qeyd edək ki, ARDNŞ prezidenti şuşalılarla quda olub.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button