Argentina millisi DÇ-2022-yə sensasiyalı məğlubiyyətlə başlayıb

Yayımlandı: 23 Noyabr 2022 01:03

Son dünya çempionu ilk turda qələbəyə sevinib

Noyabrın 22-də futbol üzrə dünya çempionatında daha iki qrupda mübarizəyə start verilib.

Günün ilk oyunu C qrupunda keçirilib. Mundialın favoritlərindən hesab olunan Lionel Messili Argentina milli komandası Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Argentinalıların bu oyunda asanlıqla qələbə qazanacağı gözlənilsə də, əksi olub. Səudiyyə Ərəbistanı yığması 2:1 hesablı qələbə qazanmaqla, sensasiyaya imza atıb.

Bu qrupun digər matçında Meksika Polşa millisi ilə üz-üzə gəlib və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

D qrupunda da iki oyun keçirilib. Danimarka – Tunis görüşündə də qapılara qol vurulmayıb – 0:0.

Bu qrupun digər matçı Fransa ilə Avstraliya millisi arasında olub. Son dünya çempionu olan fransalılar Avstraliya üzərində 4:1 hesablı inamlı qələbə qazanıblar.

23 noyabrda keçiriləcək oyunlar

DÇ-2022
1-ci tur

E qrupu
17:00. Almaniya – Yaponiya (“Xalifa” stadionu)
20:00. İspaniya – Kosta-Rika (“Al Tumama” stadionu)

F qrupu
14:00. Mərakeş – Xorvatiya (“Al Bayt” stadionu)
23:00. Belçika – Kanada (“Ahmad Bin Ali” stadionu)

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button