Arif Alışanov evli ola-ola müğənni sevgilisinə 100 minlik “Mercedes” alıb

AzTV QSC-nin sabiq sədri Arif Alışanov yeni ailə həyatı qurduğu müğənni Ayşən Məstanova ilə bağlı yeni faktlar ortaya çıxıb.
Xural.com xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Arif Alışanov hələ Mehriban Alışanova ilə boşanmamış Ayşən Məstanova ilə yaxın münasibətdə olub.
Belə ki, Arif Alışanov 2018-ci ildə Ayşən Məstanovaya qara rəngdə “Mercedes-Benz” markalı bahalı avtomobil alıb. Avtomobilin qiymətinin 100 min manat dəyərində olduğu deyilir. Hətta Ayşən Məstanova AzTV-yə işə də həmin avtomobillə gəlib-gedirmiş.
Həmin vaxtı Arif Alışanovun həyat yoldaşı olan Hesablama Palatasının auditoru Mehriban Alışanova bundan xəbər tutan kimi ərindən boşanmağa qərar verib. Onlar tez müddətdə məhkəməyə müraciət edərək boşanıblar.
Qeyd edək ki, Arif Alışanovun əvvəlki həyat yoldaşı Mehriban Alışanovadan 3 qız övladı, indiki xanımı Ayşən Məstanovadan isə 1 oğlu var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button