Arif Hacılı ALDE-nin qurultayından yazdı – Foto

Xural.com bastainfo.com-a istinadən xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı ALDE-nin(Avropa Liberal Demokrat İttifaqı) Hollandiyanın paytaxtı Amsterdamda keçirilən qurultayında iştirak etmək üçün səfərdədir. 

 

ALDE qurultayında iştirak edən Arif Hacılı qurultay barədə təəssüratlarını yazıb.

 

“Səxavət bəylə birlikdə ALDE -nin Amsterdam şəhərində keçirilən 38-ci qurultayında iştirak etdik. 

Nümayəndələr arasında Hollandiya, Estoniya, Sloveniya və başqa ölkələrin baş nazirləri, bütün Avropa ölkələrindən olan dövlət və siyasi xadimlər, Avropa parlamentinin 100- dək üzvü, Avropanın tanınmış jurnalistləri, ictimai xadimləri var. 

Cənubi Qafqaz dəyirmi masasında Azərbaycana aid siyasi, iqtisadi problemlər, Qarabağın işğalının region üçün təhlükəli nəticələri, siyasi məhbuslar, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin prespektivləri və digər məsələrlə bağlı ətraflı çıxış etdim.

ALDE Prezidenti Hans Van Baalen Rusiyanın “Yabloko” təşkilatın sədri Emiliya Slabunova, “Açıq Rusiya” təşkilatının liderlərindən biri Vladimir Kara- Murza, Bolqarıstan “Hüquq və Azadlıqlar” partiyasının sədri Mustafa Karadayı, ALDE vitse- prezidentləri Petras Austrevicius, İlhan Kiçık, ATƏT Varşava bürosunun keçmiş sədri, Almaniya Bundestaqının üzvü, Maykl Link, Avropa Parlamentinin bir çox üzvləri, əksər Avropa ölkələrinin, Ukrayna, Moldova, Gürcüstanın, dövlət və siyasət xadimləri ilə həm görüşlərimiz, həm də kluar söhbətlərimiz oldu.

Bu görüşlərdə də ölkələrimizə aid problemləri, əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Mövcud əlaqələrimizi genişləndirdik, yeni əlaqələr qurduq.

Bu mötəbər tədbirdə iştirakımız Azərbaycan və Müsavat partiyası üçün faydalı oldu.”

 

Yazı və fotolar Arif Hacılının “Facebook” səhifəsindən götürülüb.

Qeyd edək ki, ALDE Avropanın liberal yönümlü siyasi partiyalarının transmilli ittifaqıdır. Bu ittifaq Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında və NATO-nun Parlament Assambleyasında təmsil olunub.

Müsavat Partiyası 2006-cı ildən ALDE-nin üzvüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button