Arif Hacılı Azərbaycanın demokratikləşməsi uğrunda mübarizənin qələbə çalacağına əmindir

arif hacılı05.02.2012

Müsavat başqanının müşaviri vicdan məhbusları ilə görüşüb

Bu gün Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli 16 saylı cəzaçəkmə müəssisəsində  vicdan məhbusları, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı və Müsavat Gənclər Təşkilatının üzvü Ülvü Quliyevlə görüşüb. Görüşdə Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı da iştirak edib.

M.Hacıbəyli “Xural”a açıqlamasında bildirdi ki, vicdan məhbuslarını durumu normaldır. Saxlanma şəraitindən şikayətləri yoxdur. Onlar Azərbaycanın demokratikləşməsi uğrunda mübarizənin qələbə çalacağına əmin olduqlarını bildiriblər.

Əfqan Muxtarlı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button