Arif Hacılı: “İlham Əliyev sözünün arxasında durmadı”

Müsavat Partiyasının oktyabrın 21-də paytaxtda etiraz yürüşü keçirilməsi ilə bağılı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə nəhayət cavab verilib və BŞİH yürüşün keçirilməsini “məqsədəuyğun” saymayıb.

Məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində belə yazıb.

“Müsavat Partiyasının 21 oktyabra elan etdiyi kütləvi aksiyanın keçirilməsinə icazə verilmədi. İlham Əliyev ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunması haqqında dediyi sözün arxasında durmadı.” –Arif Hacılı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü keçirəcəyi haqda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. BŞİH müraciətə 10 gün ərzində cavab verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button