Rubrikalar: GÜNDƏM XuralTAC

Arif Hacılı istefa tələblərinə sərt cavab verdi

Almaniya federal polisi tərəfindən mühacir alveri ilə məşğul olmaqda ittiham olunan şəxslərin saxlanması bu qalmaqalda adı hallanan Müsavat Partiyasında ciddi gərginlik müşahidə olunur. Partiyanın bir neçə tanınmış üzvü başqan Arif Hacılın məsuliyyət daşıdığını bildirir və onu istefa verməyə çağırırlar. Onların sırasında Müsavatın Divan üzvü Alya Yaqublu, son qurultayda başqanlığa namizəd Yadigar Sadıqlı da var.

Azpolitika.info xəbər verir ki, bu gün ABŞ-da yaşayan tanınmış müsavatçı fəal Ramiz Yunus da bu çağırışlara qoşularaq Arif Hacılını istefa verməyə çağırıb. Onun Facebook səhifsəində bu barədə yazdıqlarına partiya başqanından sərt təpki gəlib.

R.Yunus yazıb:“Gəlin, hər şeyi öz adi ilə adlandıraq: Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat Partiyasının imicinə zərbə vurdu. Alman federal polisi tərəfindən açilmiş cinayət işində adı hallanan Avropada bu partiyanın AKM adı altinda yaradılan mərkəzin təşəbbüskarı şəxsən indiki başqan Arif Hacılıdir. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq ücün onun rəhbəri istefa verir. Məhz buna görə hörmətli Arif bəy, istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm”.

Arif Hacılı isə R.Yunusa cavabında qeyd edib ki, birbaşa Müsavat Partiyasına qarşı ittihamlar yoxdur: “Almaniya polisinin hansı sənədində Müsavat, AKM sözü var? Müsavata qarşı bu böhtan, qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz?
Siz Amerikaya mühacirət ərəfəsində (qısa müddət qalmış) partiyaya daxil olmusuz. Mühacirət edəcəyinizi gizlətmisiz. Sizi partiyaya qəbul edənləri aldatmısınız. İndi əməllərinizə görə sizi partiyaya üzv edənlər məsuliyyətmi daşıyır?!”.

Ramiz Yunus isə ittihamlara cavabında başqanı yalan danışmaqda qınayıb: “Arif bəy, sizə yaraşmaz belə ağ yalanlar. İsa bəyin  (İsa Qəmbər – red) qolu ilə Müsavatın rəsmi arayışını çap eləsəm ki, 1992 ildən mən Müsavat Partiyasının üzvüyəm və ilk gündən partiyanın bərpasında iştirak etmişəm, onda nə deyəcəksiniz? Mən Nazirlər Kabinetində Müsavatın o zamankı baş katibi Niyazi İbrahimlə partiyanın bərpa işləri ilə məşğul olanda siz Prezident Aparatında işləyirdiniz və yalnız hakimiyyətdən gedəndə sonra partiya işlərinə qoşuldunuzz. Ayıbdır!”.

Arif Hacılı isə veteran müsavatçıya cavabı bu dəfə daha kəskin olub: “Onu düz deyirsiniz ki, yalan danışmaq sizə yaraşar. Mən partiyanın Bərpa Mərkəzinin üzvü olmuşam. İndi zaman dəyişib deyə belə danışırsız. O vaxt Müsavatın Bərpa Mərkəzinin həndəvərində belə fırlana bilməzdiniz. Bu nağılları sizi tanımayan gənclərə danışın. Partiyaya isə 2000 – ci ildə, ABŞ-a getmək ərəfəsində qəbul olmuşunuz”.

Azpolitika.info

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Ümid Partiyası seçkilərdə iştirak qərarı verdi-72 namizədlə

Ümid Partiyası 09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində iştiraka qərar verdi. 07 dekabr 2019-cu ildə…

7 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada bir ilkə imza atdı

Azərbaycanlı cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada ilkə imza atıblar. Publika.az xəbər verir ki, cərrahlar Mərkəzi Gömrük Xəstəxanasında keçirdikləri eyni…

7 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Quruluş Osman”ın 3-cü bölümü-VİDEO

Xural.com Osmanlı imperiyasının qurucusu Ərtoğrul Qazi oğlu Osmanın dövləti necə qurmasından bəhs edən "Quruluş Osman" filminin 3-cü bölümünü təqdim edir:…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

TV Musavatda Əvəz Zeynallı-Bəhruz Quliyev debatı-VİDEO

TV Musavatın "Canlı debat" layihəsində ölkə gündəminin müzakirəsi - parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı,…

6 Dekabr 2019
Xural.COM