Arif Hacılı Rauf Arifoğluna cavab yazdı: “Cəsarətin çatmırsa sus!”

“Demişəm ki, Rauf Arifoğlu İlham Əliyevə təslim olub. Ya de ki, təslim olmamışam, ya cəsarətin çatmırsa sus”.

Gununsesi.info xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz “Facebook” səhifəsindəki statusunda yazıb.

“Yoxsa haqqımda nə böhtanlar yazırsan? Nə əfsanələr uydurursan?”- deyə, A.Hacılı daha sonra yazıb.

A.Hacılının bu statusu da öz növbəsində əməlli-başlı qalmaqala səbəb olub. Statusa yazılan şərhlərdə A.Hacılının tərəfdarları ilə R.Arifoğlunun tərəfdarları bir-birilərinə qarşı ən müxtəlif ittihamlar səsləndiriblər.

“Arif Hacılı, çevrənin, dəstəkçilərinin qabiliyyəti indi üzə çıxır. Sənin dəstəkçilərinin intellekti ancaq söyüşəmi çatır?”-deyə R.Arifoğlu A.Hacılının statusuna şərh yazıb.

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button