Arif Hacılı Robert Sekuta ilə görüşdü

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya daxil olan məlumata görə, bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyində baş tutan görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ problemi, siyasi məhbuslar məsələsi, ölkədə bu il keçiriləcək Prezident seçkiləri, dünyada və regionda baş verən hadisələr müzakirə olunub.

Qeyd edilən məsələlərlə bağlı Müsavat Partiyasının və ABŞ dövlətinin mövqeləri barədə fikir mübadiləsi olub. Görüşdə Müsavat Partiyası başqanının xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı və ABŞ səfirinin müşaviri Uilyam Solley iştirak ediblər.

Görüşdə Müsavat Partiyası başqanının xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı və ABŞ səfirinin müşaviri Uilyam Solley iştirak ediblər.(bastainfo.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button