Arif Hacılıdan “Xural”a dəstək!

arif hacılıVicdan məhbusu azad mətbuata basqıları pislədi

Vicdan məhbusu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Xural”  qəzetinin əmlakının müsadirə edilməsinə etirazını bildirib. Qəzetimizə bu barədə məlumatı,  Kürdaxanı həbsxanasında A.Hacılı ilə görüşən qardaşı Mustafa Hacıbəyli verib.

A.Hacılı qəzetin əmlakının müsadirə edilməsini Azərbaycanda söz və mətbuat azadlığına qarşı növbəti basqı kimi dəyərləndirib: “Xural” qəzetinin əmlakının müsadirə edilməsi, məhkəmə qərarının icrası kimi dəyərləndirilə bilməz. Əmlakın müsadirə edilməsi siyasi qərardır.  Bu hadisə həm də onu göstərir ki, Azərbaycan hakimiyyəti mətbuat üzərində basqıları dayandırmaq niyyətində deyil. Demokratik düşərgəni “Xural” qəzetinin müdafiəsinə səsləyirəm. Qəzetin əməkdaşlarına isə demokratiya və azadlıqların təməl prinslərindən olan mətbuat azadlığı uğrunda mübarizələrində uğur arzulayıram ”.

 

Əfqan Muxtarlı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button