Arvadını güllələyən keçmiş hakim məhkəmə qarşısına çıxarılır

Həyat yoldaşını odlu silahla qətlə yetirməkdə ittiham olunan Sabunçu rayon məhkəməsinin sabiq hakimi Fəqan Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılır.

Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib və hakim Azər Paşayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 19-a təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 30 may 2021-ci ildə gecə saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində baş verib. F.Əhmədov aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb.

F.Əhmədova Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimi idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button