Arzu xanım həyatını iş adamı ilə birləşdirib…

Prezidentin qızı nişanlanıb
Qəzetimiz çapa gedərkən maraqlı bir məlumat əldə etdik. Məlumatda deyilir ki, prezident İlham Əliyevin kiçik qızı Arzu xanım ailə həyatı qurub. Arzu xanımın Moskvada ciddi iş adamlarından biri kimi tanınan Aydın Qurbanovun oğlu ilə dünya evinə girdiyini söyləyən Moskvadakı qaynağımız, yeni kürəkənin çox böyük ticarət işlərinin olduğunu bildirdi. Aydın Qurbanovun bir neçə il bundan əvvəl dünyasını dəyişdiyini, onun bütün işlərini oğlunun – prezidentin hazırkı kürəkəninin idarə etdiyi də XuralTAC-a verilən məlumatlar arasındadır. Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. Bakıdakı Rus kilsəsini təmir-bərpa etdirən də məhz Aydın Qurbanov olub. Arzu Əliyevanın qaynanası  İrina Pomelova hazırda həyat yoldaşının biznesini idarə edir. Səməd Qurbanov ailənin yeganə oğlan övladıdır, onun Valentina adlı bacısı da var. Yeni cütlüyün medaida yaılan fotosu prezident İlham Əliyevin də iştirak etdiyi “Kempinski Hotel- Badamdar” kompleksinin açılışında çəkilib. Toy mərasimi  bu ilin payızında gerçəkləşəcək.
Xatırladaq ki, Arzu xanım Əliyeva prezident İlham Əliyevin ikinci və kiçik qızıdır. Prezidentin böyük qızı Leyla Əliyeva bir neçə il bundan əvvəl məşhur iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub və ictimai-siyasi fəaliyyətlə məşğuldur. Leyla xanım jurnal baş redaktoru olmaqla yanaşı, həm də Heydər Əliyev Fondunun Rusiyadakı rəhbəridir.
Leyla xanımdan fərqli olaraq Arzu xanım ictimai-siyasi-mətbu sferadan məsafə saxlayır.
XuralTAC
“Xural” qəzeti,
İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button