“Aslan Hüseynov maşında tək olub”

Sənətçinin qohumu deyib...

“Anası rəhmətə getmişdi. Yeddi mərasimi Gəncədə baş tutmuşdu. Oradan qayıdan zaman saat 05:00-da qəzaya düşüb. Maşında tək olub. Avtomobil Məhəmməd Vəliyev adlı şəxsin adına qeydiyyatdadır. Bu səbəbdən həmin insanın adı qəzada hallanır. Aslan maşını ondan etibarnamə ilə alıb. Yad bir insandır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Aslan Hüseynovun yaxın qohumu “Bizimləsən” proqramına açıqlamasında deyib.

Sənətçinin qohumu efirə telefonla bağlanaraq qəza zamanı A. Hüseynovun maşında tək olduğunu qeyd edib:

“Yaxın bir polis işçisindən xahiş etdik ki, məsələni araşdırsın. Bizə maşının və Məhəmməd Vəliyevin texniki sənədinin şəkillərini göndərib. Əvvəl düşündük ki, Aslan yaralanıb, o adı çəkilən şəxs sürücüdür. Xəstəxanaya filan zəng vurduq, Aslan Hüseynov adında heç kəs qeyd olunmamışdı. Müstəntiq araşdırmasından sonra məlum oldu ki, ölən şəxs Aslandır. Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Gəncədə anasının yanında torpağa tapşırılacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button