ASMAUİ 107 siyasi məhbusdan ibarət yeni siyahını açıqlayıb

Bu gün Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq (ASMAUİ) siyasi motivlərlə cinayət təqibinə məruz qalan şəxslərin siyahısını açıqlayıb. Siyahıda 107 nəfər var və 8 qrupdan ibarətdir.

“Jurnalistlər və blogerlər” qrupuna 7 nəfər daxildir. Həmin siyahıda yeni şəxslər realliq.info saytının redaktoru İkram Rəhimov və xeberman.com saytının rəhbəri Polad Aslanovdur.

“Hüquq müdafiəçiləri” qrupunda 1 nəfər var – Əlabbas Rüstəmov.

“Müxalifət partiyaları və hərəkatlarının üzvləri” siyahısında 7 nəfər var.

“MTN cinayətlərinin qurbanları” kateqoriyasına 3 nəfər daxildir – Səid Dadaşbəylinin işi üzrə mühakimə olunanlar.

Bacısının həyat yoldaşı, xaricdə yaşayan Türkel Azərtürkün müxalifətyönlü jurnalist fəaliyyətinə görə həbs olunmuş Emin Saqiyev “siyasi girov” kimi tanınıb.

Ən çox məhbus “dindarlar” qrupundadır- 56. 46 nəfərlik ən böyük qrup Nardaran hadisələri ilə bağlı həbs olunub. İslam Partyasının lideri Mövsüm Səmədov və ilahiyyatçı Abgül Süleymanov da həmin qrupa daxildir.

Siyahıda Gəncə hadisələri ilə əlaqədar mühakimə olunmuş 18 nəfər və “ömürlük həbs olunanlar” qrupundan 14 nəfər var.

*ASMAUİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, hüqüq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev tərəfindən yaradılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button