Rubrikalar: GÜNDƏM XuralTAC

AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir (Aevarsdottir) ölkəyə üçgünlük səfərini yekunlaşdırıb.

Səfər zamanı AŞPA məruzəçisinin beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus olaraq qəbul edilən Taleh Bağırzadə, Abbas Hüseynov, Əfqan Muxtarlı və Səid Dadaşbəyli ilə görüşdüyü bildirilir.

Ölkədəykən rəsmi görüşlərin təşkilində göstərdiyi dəstəyə və məruzəçinin səfərini asanlaşdırdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür edən Evarsdottir hakimiyyətin “konstruktiv münasibət”indən təsirləndiyini bildirir.

“Bu konstruktiv münasibət, görüşdüyüm bütün insanların bu çətin və həssas problemi müzakirə etməyə və həll yolu tapmaq üçün Avropa Şurası ilə birlikdə işləməyə hazır olması məni ruhlandırdı,” – o deyib.

“Dörd məhbusdan əlavə, bir sıra hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri, habelə yerli diplomatik icma üzvləri ilə görüşə bildim,” – məruzəçi deyib.

“Bu intensiv səfər hazırkı vəziyyəti nəzərdən keçirəcək və gələcək irəliləyiş üçün tövsiyələr verəcək hesabatım üçün möhkəm zəmin hazırladı,” məruzəçi deyib və hesabatı bu ilin sonuna qədər AŞPA-nın Hüquq Məsələləri Komitəsinə təqdim edəcəyini bildirib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“Fransa həmsədr rolundan imtina etsə yaxşıdır…”

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı təsirlərini saxlamaq baxımından ciddi problemlə üzləşib, xüsusən də Fransadakı çoxsaylı erməni…

29 Noyabr 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı

Ermənistan prezidenti Armen Sarkisyan Rusiya Federasiyasında xüsusi səfərdədir. Ermənistan mediası mənbələrindən prezidentin erməni icmasının nümayəndələri ilə görüşünün necə keçdiyini aydınlaşdırıb.…

28 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

“Laçının boşaldılmasından sonra bu məsələlər gündəmə gələcək” – rusiyalı analitik

“Dünyadakı erməni millətçiləri Qarabağ mövzusunu 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə eyni rəfə daşımağa və bundan bəzi siyasi xallar…

28 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri ilə görüşdü

Rusiya Sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb. Virtualaz.org Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına istinadən…

27 Noyabr 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən…

27 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Kreml Putinin Əliyev və Paşinyanla dialoqu barədə

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla intensiv telefon əlaqələrindədir”. “TASS” agentliyinin verdiyi…

27 Noyabr 2020
Xural.COM