AŞPA məruzəçisi hüquq müdafiəçiləri ilə görüşüb

“Ona Gəncə və Tərtər işləri ilə bağlı məlumat verilib”

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir (İslandiya) bir qrup hüquq müdafiəçisi ilə görüşüb.

Bunu “AzadlıqRadiosuna” Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülalıyev bildirib.

O deyib ki, görüşdə Azərbaycanda siyasi məhbus problemi ətrafında fikir mübadiləsi aparılıb.

O.Gülalıyevin sözlərinə görə, məruzəçi Azərbaycanda hakimlərin 75 faizinin yeniləndiyi, vəkillərin sayının artırıldığı barədə məlumatlara malik olduğunu bildirib:

“Görüşdə olan hüquq müdafiəçiləri kimi biz də bildirdik ki, istər hakimlərin tərkibinin yenilənməsi, istərsə də vəkillərin sayının artırılması heç də məhkəmələrin müstəqil olması göstəricisi ola bilməz. Bu yenilənmə ölkədə siyasi məhbus məsələsinə son qoymur. Çünki siyasi məhbus problemi hakimiyyətin mahiyyətindən irəli gəlir. Bir qrup siyasi məhbusu azad edir, yeni qrup şəxsləri həbsə alır”.

Hüquq müdafiəçisi deyib ki, məruzəçiyə 2018-ci il Gəncə, 2017-ci il Tərtər hadisələri barədə məlumatlar veriblər. Eyni zamanda, bu hadisələr zamanı saxlananlara işgəncələr verilməsi, bəzilərinin hakim önünə çıxmazdan əvvəl həlak olmaları barədə şikayətlərin olduğunu çatdırıblar.

O.Gülalıyevin sözlərinə görə, məruzəçi də öz növbəsində səfər müddətində bəzi siyasi məhbuslarla da görüşəcəyini, bu istiqamətdə obyektiv hesabat hazırlayacağını söyləyib:

“İnanıram ki, məruzəçi ölkəmizdəki siyasi məhbus problemi ilə bağlı obyektiv sənəd hazırlayacaq. Bu sənəd siyasi motivlərlə həbs olunmuş günahsız şəxslərin azadlığa çıxmasına böyük töhfə verəcək”.

O.Gülalıyev deyib ki, görüşdə hüquq müdafiəçiləri İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, bloqer Mehman Hüseynov, həbsdən yenicə azad olan jurnalist Seymur Həzi iştirak ediblər.

Sunna Torhildur Evarsdottir sentyabrın 5-də Azərbaycana gəlib.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata görə, məruzəçi səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirməlidir. Səfərin sentyabrın 7-də başa çatacağı gözlənir.

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET

Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı…

16 Aprel 2021
  • DÜNYA
  • MANŞET

Erməni generallar Paşinyanın müharibə ilə bağlı bəyanatından narahatdırlar

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharibəsi və sentyabrın 27-dən…

16 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Ramiz Mehdiyevə “yaxşı adam” deyən var?”-VİDEO 15.04.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 15 aprel 2021-ci il, saat 17:00​-da canlı yayında Xural…

15 Aprel 2021
  • MANŞET
  • XuralTAC

Avropa Məhkəməsi qərarlarını elan edəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 22-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edəcək.…

15 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN

“Ramiz Mehdiyev məhkəməyə verildi”-VİDEO 14.04.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 19-cu bölümünü təqdim edir:…

15 Aprel 2021
  • MANŞET
  • XuralTAC

Ramiz Mehdiyev məhkəməyə verildi

İşdən çıxarılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı akademiyanın prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib. Medianews.az “unikal.org”a…

15 Aprel 2021
Xural.COM