Rubrikalar: GÜNDƏM XuralTAC

AŞPA məruzəçisi penitensiar müəssisələrdə bir sıra siyasi məhbuslarla görüşüb

Xədicə İsmayılova: “Onun məhbus probleminin həllinə sistemli yanaşması hiss olunur”

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb.

Məruzəçi Bakıya səfəri sentyabrın 5-7 tarixlərində edib.

O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb.

Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupun üzvü, araşdırmaçı jurnalist Xədicə İsmayılova “Turan” İnformasiya Agentliyinə bildirib ki, “məruzəçinin siyasi məhbus probleminin həllinə sistemli yanaşması hiss olunur.

X.İsmayılovanın sözlərinə görə, Evarsdottir azad edilən siyasi məhbusların yerinə başqalarının həbs edilməsi kimi pis təcrübəyə son verilməsi zərurətini başa düşür.

Məruzəçinin səfərin yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir. AŞPA məruzəçisi səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirib. Azərbaycan hüquq müdafiəçilərinin son məlumatına görə, ölkə həbsxanalarında 120-yə yaxın siyasi məhbus saxlanılır.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

DTX Neftçalayla bağlı açıqlama yaydı

Dövlət Təhlükəsizlik Xidməti Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”nun DTX-yə istinadən verdiyi xəbərə görə, Neftçala…

20 Fevral 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Rəhim Qazıyevin keçmiş kürəkəni tutulub

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azərişıq”ın xəbərdarlığının pərdəarxası – işıq oğruları kimlərdir…

Ekspert: “Oğurluğun qarşısını yalnız qanunları sərtləşdirmək vasitəsilə almaq olar” “Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş ”Enerji sektorunda maliyə intizamının…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərilib

Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Virtualaz.org-un məlumatına görə, Ali Məhkəmənin sədri Plenumun iclasını…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Neftçalanın həbs olunan başçısı kimdir və niyə həbs edilib?

Kamran Əsədov başçının seçkiyə müdaxiləyə görə həbs edildiyini deyir “Geyimləri üzərində "xüsusi təyinatlı" yazılmış şəxslər bu dəqiqə Neftçala İcra Hakimiyyəti…

20 Fevral 2020
Xural.COM