Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti başlayıb

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də zirvə toplantısında iştirak edir.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

10:05

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, iclasda ev sahibi Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovla yanaşı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Prezidenti Vladimir Putin və İranın dövlət başçısı İbrahim Rəisi iştirak edəcək.

Xatırladaq ki, ötən gün Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button