AST Telman 8 sifarişli qətldə şübhəli bilinir

Sifarişli səkkiz qətlin həyata keçirilməsində şübhəli bilinən cinayətkar qrupun fəaliyyəti haqda araşdırmada Çerkizov bazarının (Moskva) keçmiş sahibi Telman İsmayılovun adı keçir.

Strateq.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, qrupun həbs edilmiş üzvlərindən biri onun barəsində ifadə verib.

Rusiyanın hüquq-mühafizə qurumlarındakı qaynaq bildirib ki, qruplaşmanın iştirakçısı Harri Beloçerkovski istintaqla sövdələşib. O, məhkəməyə qədərki razılaşma çərçivəsində ifadə verib ki, 2000-2016-cı illərdə həyata keçirilmiş və guya İsmayılov qardaşlarının dəxli olduğu sifarişli səkkiz qətl haqda məlumatlıdır. Cinayətlərin hamısı Moskvanın Şimali administrativ dairəsindəki bir sıra ticarət obyektləri uğrunda kriminal müharibə ilə bağlıdır. Beloçerkovskinin ifadəsinə əsasən, o, “Praqa” restoranında Rafiq və Telman İsmayılov qardaşlarının “avtoritet” Andrey Lobanovun aradan götürülməsinin gərəkdiyini müzakirə etdikləri söhbətin şahidi olub. Sonuncu tezliklə güllələnib.

Məlumata görə, Rafiq İsmayılova ittiham elan olunub və həbsdədir. Telman İsmaylovun məsələsi isə hazırda həll olunmaq üzrədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button