Astanada ŞƏT sammiti başlanıb. Belarus yeni üzvdür

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Belarusun təşkilata üzv qəbul edilməsi ilə başlanıb.

“Belarus təşkilata tamhüquqlu üzvlük yolunda gərəkən prosedurları yerinə yetirib”, – Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sammiti açarkən deyib.

Bununla da Belarus ŞƏT-in 10-cu üzvünə çevrilib. Qurumun digər üzvləri Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır.

Sammitdə 16 ölkənin yüksək çinli təmsilçisi, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, müxtəlif beynəlxalq təşkilatların başçıları iştirak edir.

Tədbirdə aktual beynəlxalq və regional problemlərin həllinin müzakirə olunacağı gözlənilir.

Sammit çərçivəsində ilk dəfə olaraq “Ədalətli sülh, razılaşma və inkişaf uğrunda dünya birliyi barədə” ŞƏT+ formatında görüş olmalıdır. Sammitə qatılan dövlət başçılarından birinin bu problemlə bağlı çıxış edəcəyi gözlənir. Məlumatı “Kazinform” yayıb.

ŞƏT 2001-ci ildə üzvləri arasında iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Belarus 2022-ci ildə quruma qoşulmaq üçün ərizə verib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button