Astaralı fəal həbs edilib

Astara şəhər sakini, içtimai fəal Elnur Şahverdiyev 30 sutka həbs olunub. O, polisə müqavimətdə suçlanır.

Bu barədə AzadlıqRadiosuna Müsavat partiyası rayon təşikilatının sədri Tarif Əliyev məlumat verib.
Onun sözlərinə görə, polis əməkdaşları iyulun 14-ü axşam saatlarında Elnur Şahverdiyevi evindən şöbəyə aparıblar. T. Əliyev onun gecə şöbədə saxlanıldığını, daha sonra məhkəməyə çıxarıldığını deyir.

“Məhkəmədə əvvəlcə evində bişirdiyi çörəkdən söhbət getdi. Onlar evlərində çörək bişirib satırlar. Sonra narkotiki atdılar ortaya. Sonda da sosial şəbəkələrdə yaydığı məlumatlardan söz saldılar. Əslində isə ona polisə müqavimət maddəsi ilə həbs verdilər. Elnur Şahverdiyev parlament seçikilərində mənim namizdəlyimi aktiv müdafiə edənlərdən olub. Sosial şəbəklərdə aktiv iştirak edirdi, cəsarətli tənqidi fikirləri var”,- müsavatçı belə deyir.

Tarif Əliyev gənc fəalın sosial şəbəkələrdəkı tənqidi çıxışlarına görə həbs olunduğunu iddia edir.

Onun dediyinə görə, bu, Astara rayonunda son aylarda sosial şəbəkələrdə aktiv olan, hakimiyyəti tənqid edən ikinci içtimai fəalın həbsidir və həmin şəxs də eyni maddə ilə tutulub.
Astara rayon məhkəməsinin qərarı ilə Elnur Şahverdiyev İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olamama) əsasən 30 sutka həbs cəzası alıb.

AzadlıqRadiosu səslənən iddialarla bağlı Astara rayon polis şöbəsindən və DİN-nin Mətbuat Xidmətinin Cənub regional qurupundan məlumat ala bilməyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button