Atəşgah şirkətinin rəhbərliyində dəyişiklik

092400130694“Atəşgah” şirkətinin səhmdarlarının ümumi yığıncağında Direktorlar Şurası və İdarə Heyətinin tərkibində dəyişikliklər təsdiq edilib.

Həmçinin ötən ilin maliyyə hesabatı da təsdiq olunub.

Press-relizə əsasən, səhmdarların qərarı ilə Ruslan Əliyev Direktorlar Şurasının sədri seçilib. Vaqif Əliyev və Vladimir Solovyov “Atəşgah” Direktorlar Şurasının üzvü vəzifəsinə növbəti müddətə yenidən təyin edilib.

Məşhur maliyyəçi, Azərbaycan Sığortaçılar Assosiasiyasının sabiq rəhbəri Azər Əliyev şirkətin İdarə Heyətinə üzv təyin edilib. Bundan başqa, Elşad İsgəndərov Təftiş Komissiyasının sədri, Natiq Əmircanov isə komissiyaya üzv təyin edilib.

“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkətin səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 mln 8,5 min manata bərabərdir.

Şirkət sığorta haqları və ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə daxildir (1 sentyabr üçün 32 mln 736,45 min manat sığorta haqqı toplayıb, 10 mln 330,926 min manat ödəniş edib).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button