ATƏT-in Minsk Qrupu ölkələrinin səfirləri Şuşaya niyə getməyiblər?

İyulun 9-10-da Şuşada səfərdə olan onlarla səfir və diplomatın arasında ABŞ, Rusiya və Fransanın diplomatik missiyalarının rəhbərlərinin olmaması böyük rezonans doğurub.

Fransa səfirliyində Turan agentliyinin sorğusuna açıqlama verilməyib. “Fransa səfirliyi səfirin cədvəlini şərh etmir”, – səfirliyin mətbuat xidmətinin cavabı belə olub.

ABŞ və Rusiya səfirlikləri hələlik Turan-ın sorğusuna cavab verməsələr də, onun da formal olacağına şübhə yoxdur. Əgər olacaqsa.

Güman etmək olar ki, indiki halda ABŞ, Rusiya və Fransa səfirlikləri razılaşdırılmış şəkildə hərəkət ediblər. Formal səbəb Qarabağ münaqişəsində neytrallığı qoruyub-saxlamaq istəyidir.

Lakin Fransa səfirliyinin cavabı onu göstərir ki, rəsmi Paris izahat verməyi də lazım bilmir. Bu cavabı qəbul etmək olardı, o halda ki, biz səfirin nə zaman yuxudan oyandığını, nə zaman duş aldığını soruşmuş olsaydıq. Ancaq məhz bunlar Azərbaycan ictimaiyyətini ən az maraqlandıran məsələlərdir.

Bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə Qarabağa səfər ediblər və erməni separatçıların liderlərilə danışıqlar aparıblar. Nədənsə, o zaman neytrallıq məsələsi ortaya çıxmırdı və Bakı buna razılıq verirdi, eynilə Qırmızı Xaçın bölgədəki işə kimi.

Görünür, səfirlərin razılaşdırılmış şəkildə imtinası Dağlıq Qarabağın statusu ilə bağlı böyük dövlətlərin fikirlərilə hasablaşmaq istəməyən və beynəlxalq təşkilatları regiona buraxmayan Bakının mövqeyinə cavabdır.

Xatırladaq ki, Şuşaya Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair səfirləri və digər ölkələrin səfirliklərindən diplomatlar gediblər.

Səfərdə məqsəd diplomatları Şuşa şəhərinin bərpasının gedişi və Füzulidə hava limanının tikintisi ilə tanış etmək olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button