ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər etmək istəyir

foto Turan İA

Arlem Dezirlə Azərbaycanda söz azadlığı məsələsi müzakirə edilib

Varşavada insan hüquqlarının ölçülməsi üzrə konfrans çərçivəsində sentyabrln 12-də ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynovla Azərbaycanda mətbuatın vəziyyətini müzakirə edib.

Məlumatı Arlem Dezir Twitter-dəki mikrobloqunda yazıb.

Emin Hüseynov isə “Turan” informasiya agentliyinə bildirib ki, Arlem Dezirə Azərbaycanda media azadlığının problemləri, həbs edilmiş jurnalistlər və blogerlər, saytların bloklanması və digər ifadə azadlığının pozulması faktları haqqında məlumat verib.

Hüseynovun sözlərinə görə, Arlem Dezir ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi qismində Azərbaycanda hələ olmadığını və ilin sonuna qədər belə bir səfər etməyə ümid etdiyini qeyd edib.

İnsan hüquqlarının ölçülməsi üzrə Varşava konfransı hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilir.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button