ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda Bakıya gələcək

11.02.2012 

Fevral ayının sonunda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Robert Bradtke və Jak Faure regiona səfərləri çərçivəsində Bakıya gələcək. Bu barədə diplomatik mənbədən məlumat verilib.

Bildirilib ki, səfər zamanı həmsədrlərin Bakıda bir sıra rəsmi görüşlər keçirməsi planlaşdırılıb. Vasitəçilərin Dağlıq Qarabağ Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə də görüşü gözlənilir. Səfər zamanı keçiriləcək görüşlərdə həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və birdəfəlik həllinə nail olmaları üçün tərəflərə kömək etmək barədə öhdəliklərini bildirəcək.

Onlar Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşündən irəli gələn bir sıra məsələləri müzakirə edəcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button