Ata Corc Buş vəfat etdi – 95 il yaşadı, vitse-prezident, prezident oldu

ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri yazıb.

Sabiq dövlət başçısı 95 yaşında dünyasını dəyişib.

Musavat.com bildirir ki, Corc Herbert Uoker Buş 1924-cü il iyun ayının 12-də Massaçusets ştatının Milton şəhərində, senator ailəsində doğulub. Onun atası Preskot Buş həm də bankir olub.

1941-ci ildə yaponlar Pyörl-Harbora hücum edəndən sonra Corc Buş 17 yaşında kollecə daxil olmağı təxirə salaraq müharibəyə gedib və o zamanlar üçün ABŞ HHQ-nın ən gənc pilotu olub.

Corc Buş müharibənin sonuna qədər orduda xidmət edib, sonra Yal universitetinə daxil olub. Universiteti 1948-ci ildə bitirən Corc Buş ailəsi ilə birlikdə Texas (Teksas) ştatına yollanıb, orada neft biznesi ilə məşğul olub və 40 yaşında artıq milyonçuya çevrilib.

Buş neft maqnatı olandan sonra siyasətə meyllənib,konqresmen, MKİ direktoru olub.

1980-ci ildə Corc Buş prezident seçkilərində iştirak edib, uğur qazanmayıb, amma Ronald Reyqanın yanında virse-prezident postunu tutub. Daha sonra o, Reyqandan sonra 1988-ci ildə prezident postuna yiyələnib, ancaq o, bu postda 4 il olub, ikinci müddətə seçilə bilməyib, 1992-ci ildə Bill Klintona uduzub.

Onun oğlu Corc Buş da prezident olub, digər oğlu Ceb Buş isə hazırda Florida ştatının qubernatorudur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button