Ataxan Əbilov: “Talışlar Azərbaycan dövlətinin və dövlətçiliyinin fundamentində durur”

Ataxan Əbilov xural.com-da gedən bir yazıda adının çəkilməsini səbəb gətirərək, bizə yazı göndərib. Ataxan müəllimin mövqeyini olduğu kimi dərc edirik. Ataxan Əbilov yazır:

ataxan əbilov

Ataxan Əbilov

“Dostumuz Evez Zeynallinın rəhbərlik etdiyi Xural qəzetinin internet versiyasında barəmdə yayımlanan fikirlərə rəğmən, bir daha Əvəz bəyin, dostların, mənim səhifəmi izləyənlərin və Azərbaycan ictimaiyyətinin nəzərinə aşağıdakıları çatdırmağı vacib hesab edirəm:

1) Mən professor deyiləm. Heç bir vaxt heç bir yerdə özümü professor kimi təqdim etməmişəm.

2) “TMR”-in ideya müəllifi Heydər Əliyev olmuşdur. Əlikram Hümmətov bu lahiyəyə korrektələr etmiş və buna görə də Heydər Əliyevin qəzəbinə tuş gəlmişdir. Belə korrektələrdən biri də qurumun adıyla bağlıdır. Heydər Əliyevin layihəsində qurumun adı başqa formada olmuşdur.

3) Mən “TMR” adlanan bir qurumda heç bir yer almamışam.

4) Əlikram Hümmətovun talış xalqının Azərbaycandan kənar statusu ilə bağlı söylədiyi hər hansı ideyanı dəstəkləməmişəm, bölüşməmişəm və dəstəkləmək fikrim də yoxdur. Talışlar Azərbaycanın köklü xalqlarından biridir, Azərbaycan dövlətinin və dövlətçiliyinin fundamentində durur. Talışlarsız Azərbaycan təsəvvür edilməzdir. Beynəlxalq təcrübə diqtə edir ki, Azərbaycan xalqlarının xoşbəxt və firavan yaşamaları və həmrəyliyi üçün Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu kifayət edir.

5) 23 il bundan əvvəl, 1993-cü ilin yayında tətil günlərimi doğulduğum rayonda keçirərkən regionda baş verən hadisələrlə maraqlanmışam. Bununla bağlı olaraq Azərbaycan Konstitusiyası və qüvvədə olan qanunları çərçivəsində hansısa tədbirdə iştirak etməyi özümün fəal vətəndaşlıq borcu hesab etmişəm.

Bir daha hamının nəzərinə çatdırmaq istəyirəm ki, talış və türk olmasından asılı olmayaraq, heç bir ultra-millətçi qruplaşma şər və böhtan kampaniyası ilə məni hədəflərimdən döndərmək gücünə malik deyil.

Məqsədimiz Azərbaycanda azad, demokratik, hüquqi dövlət quruculuğudur.”

xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Ataxan sənünçün 93 də məxsusi qonaq evini ayırmışdılarki tmr in konstitusiyasını yazasan.yazfın və müəllifl i k etdin.dünənə qədərdə hər yerdə bunu fəxrlə deyirdin.nə oldu pişik asqırdımı.ay yalançı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button