ATV-dən ANS-in ittihamlarına cavab-VİDEO
Mətanət Əliverdiyevanı studiyaya dəvət etdilər.
“Azad Azərbaycan” telekanalı bu gün “Həftə sonu” proqramında bir müddət əvvəl ANS telekanalının barəsində səsləndirdiyi ittihamlara cavab verib.
Oxu.Az xəbər verir ki, proqramın aparıcısı Vaqif Aydınoğlu yaranmış qalmaqalın əsas səbəbkarı sayıla biləcək aparıcı Mətanət Əliverdiyevanı studiyaya dəvət edib.
Xatırladaq ki, bir müddət əvvəl ATV telakanlının aparıcısı Mətanət Əliverdiyevanın səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Hadisədən sonra ANS-in əməkdaşı Ləman Ələşrəfqızı ATV-ni sərt tənqid edən veriliş hazırlamışdı.