“Audio kitablar əsl kitabı əvəz edə bilməz, amma…”

Bu gün oxucuları həvəsləndirmək üçün audio kitablar da hazırlanır. Bildirilir ki, bununla da müasir oxucu səsli kitabı qulaqcıqla yol gedərkən də dinləyə biləcək. Amma yeni yaranan audio kitablara o qədər də maraq yoxdur. 
Bəs dünya praktikasında audio kitablara maraq qənaətbəxşdirmi?
Moderator.az-ın sualını cavablandıran “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu cavablandırdı. Ş.Xuduoğlu bildirdi ki, audio kitablara oxucular hələ ki, o qədər də maraq göstərmirlər:
“Bir müddət öncə audio kitablara maraq çox idi, amma sonradan bu göstərici dərhal aşağı düşdü. Bu gün Avropa bazarında audio kitablara maraq o qədər də ürəkaçan deyil. Bizdə də hələ ki, audio kitablar demək olar ki, yox dərəcəsindədir, amma bir neçə istisnalar var. Audio kitabların inkişaf edib, etməməsi hələ ki, sual altındadır. Amma hər halda nəyinsə olması, olmamasından daha yaxşıdır. Audio kitablar əsl kitabı əvəz edə bilməz, amma kitabların oxunmasında köməkçi vasitə ola bilər. Bu cür kitablar yolda, işdə və başqa yerlərdə dinləmək baxımından əhəmiyyətlidir”.
Vasif Əlihüseyn

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button