Avqustun 24-də Mehman Hüseynovla bağlı qərar veriləcək

Mehman Hüseynov azadlıqda

Müraciətə Qaradağ Rayon Məhkəməsində baxılacaq

Avqustun 24-də həbsdə olan bloger Mehman Hüseynovun cəzasının çəkilməmiş hissəsindən azad edilib-edilməməsi məsələsinə baxılacaq.

M.Hüseynov cəzasının yarısından çoxunu çəkməsini əsas gətirərək, vaxtından əvvəl azad edilməsi üçün avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdi. Bu qəbildən olan ərizələrə on iş günü ərzində baxılmalıdır.

M.Hüseynovun ərizəsinə Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyilə baxılacaq. Məhkəmə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində keçirilək. M.Hüseynov həmin müəssisədə saxlanılır.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edilib. Həmin gün hökm oxunub və bloger məhkəmə zalında həbs olunub. Hökm isə Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında çıxarılıb. Xüsusi ittihamçı qismində məhkəməyə müraciət edən polis rəisi iddia edib ki, M.Hüseynov yanvar ayında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən başına torba keçirilərək küçədən oğurlandığını, daha sonra idarəyə gətirilib orada işgəncələrə məeuz qaldığını deməklə, böhtan atıb.

Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Lakin M.Hüseynov böhtan atması barədə ittihamı qəbul etmir və həqiqəti danışdığını, həqiqətən də həmin idarənin əməkdaşları tərəfindən işgəncəyə, pis rəftara məruz qaldığını bildirir. Həbsini isə hökumətin korrupsiyası, məmurların əmlakları barədə çəkib yaydığı materiallarla əlaqələndirir.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button