Avropa Bankı Azərbaycana 30 milyon dollar kredit ayıracaq

Yayımlandı: 30 May 2024 16:06

Kredit enerji sisteminin təkmilləşdirilməsinə sərf olunacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Maliyyə Nazirliyinin yardımı ilə Azərbaycan Respublikasına 30 milyon dollara qədər suveren kredit ayırmağı planlaşdırdığını açıqlayıb.

Kreditin Azərbaycanda olan dörd yarımstansiyaya avadanlıq alınmasına sərf olunması nəzərdə tutulub.

Layihənin icrasına “Azərenerji” ASC-nin rəhbərlik edəcəyi bildirilir. Təşəbbüs bərpa olunan enerji potensialının rahat inteqrasiyası üçün zəruri şərt olan Azərbaycanın enerji sisteminin çevikliyinin artırılmasına yönəlib.

Eyni zamanda layihə mövcud infrastrukturun istifadə müddətini azaldacaq, planlaşdırılan bərpa olunan enerji qurğularının qoşulmasına imkan verəcək. Bir sözlə, yaşıl enerjiyə davamlı keçid prosesini təşviq etmək məqsədi daşıyır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button