Avropa Birliyindən Leyla Yunusa dəstək

avropa birliyinin loqosuAvropa Birliyinin Azərbaycandakı nümayəndəliyi beynəlxalq ictimaiyyətlə davamlı əməkdaşlıq edən Sülh və Demokratiya İnstitutunun ofisinin avqustun 11-də sökülməsini kəskin pisləyir. 

Daha da pisi odur ki, söküntü 1 saylı inzibati iqtisad məhkəməsinin 24 may tarixli qətnaməsinə baxmayaraq həyata keçirilir. Binanın sahibi söküntü vaxtı ölkədə olmayıb. Ona görə şəxsi əşyalarını və sənədlərini götürə bilməyib.

Avropa Birliyi nümayəndəliyi Azərbaycanda daxili hadisələri, xüsusilə də Şərq Tərəfdaşlığının mühüm elementləri olan mülkiyyət hüquqlarına hörmət, əmlakın müsadirəsi və öz yerindən çıxarılma kimi sahələrdə monitorinq aparmaqda və hesabat hazırlamaqda davam edəcək.

Nümayəndəlik bu sahədə ifadə oluna biləcək təkmil beynəlxalq təcrübəni müzakirə etmək üçün əməkdaşlıq təklif edir. Avropa Birliyi nümayəndəliyi bütün fundamental hüquqlar, o cümlədən mülki hüquqlara böyük əhəmiyyət verdiyini bir daha vurğulayır.

Azərbaycan hakimiyyət orqanlarını söküntülərdən zərər görən vətəndaşları ilə açıq dialoq aparmağa və məsələlərin ədalətli və razılaşdırılmış həllini tapmağa çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button