Avropa İttifaqı Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyətlərinin dialoqu üçün səyləri davam etdirəcək

Malena Mard

Xural.com apa.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyəti aktorlarının maliyyələşdirilməsi, qadın təşkilatları üzvlərinin görüşlərinin təşkili və digər mümkün imkanlardan yararlanmaqda davam edəcək:

“Biz insanların, qadınların, gənclər təşkilatları üzvlərinin görüşməsi üçün bu kimi platformaların təşviqini davam etdirmək istəyirik. Siz yalnız dialoqla irəli gedə bilərsiniz”.

M.Mard danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparıldığını xatırlatsa da, Avropa İttifaqının insanlararası münasibətlərin qurulmasının təşəbbüskarı olmaq istədiyini də vurğulayıb.

“Bu məsələ Avropa İttifaqının xüsusi nümayəndəsi Herbert Salberin mandatına daxildir. O bu gün və sabah Bakıda olacaq. Burada o, rəsmi şəxslərlə yanaşı vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button