Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini hazırlayıb

Yayımlandı: 22 Fevral 2024 14:01

 200 fiziki şəxs və şirkətə qarşı məhdudiyyətlər tətbiq olunacaq

 Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

“Novaya Gazeta”nın yazdığına görə, bu barədə Belçikanın Aİ Şurasındakı nümayəndəliyi bildirib.

Xəbərdə deyilir ki, yeni sanksiyalar paketi fevralın 24-də rəsmən təsdiqlənəcək. Paketin tərkibi hələlik açıqlanmır.

“Avropa İttifaqının səfirləri Rusiyanın Ukraynaya təcavüzü çərçivəsində 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu, Aİ tərəfindən təsdiqlənmiş ən geniş paketlərdən biridir. Yazılı prosedurdan keçdikdən sonra paket fevralın 24-də rəsmən təsdiqlənəcək”, – xəbərdə deyilir.

Aİ rəhbərliyi bildirir ki, yeni paket çərçivəsində Rusiyadan olan və ya Rusiya Federasiyası ilə əlaqəli 200 fiziki şəxs və şirkət məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq. Bununla belə,
“Reuters”in daha əvvəl yazdığına görə, yeni sanksiyalar paketinə heç bir idxal qadağası daxil edilməyəcək.

“Yüzlərlə hüquqi və fiziki şəxsin siyahısı olacaq. Böyük şirkət adları yoxdur”, – deyə avropalı diplomatlardan biri bildirib

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button