Avropa İttifaqı siyasi məhbuslara azadlıq istədi

25.02.2012

Roland Kobia: «Qərar verilməlidir, məsələ yalnız «Eurovision»la bağlı deyil, ümumilikdə həllini tapmalıdır»

Avropa Ittifaqı Azərbaycanda iqtisadi sabitlik və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində işləyir. Biz bu sahədə bir sıra yerli qurumlarla işləyirik, iqtisadi və maliyə dəstəyi göstəririk. Bu barədə “Turan”ın sualının cavabında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.

Avropa Ittifaqının nümayəndəliyinin rəhbəri bu günlərdə Müsavat Partiyasının üzvü Elşən Həsənovun həbsdən azadlığa buraxılmasına münasibət bildirib: “Avropa Ittifaqı hökumətin bu səylərini dəstəkləyir və bütün siyasi məhbusların azad edilməsini istəyir”. Onun fikrincə, siyasi məhbuslarla bağlı məsələnin həll edilməsi üçün qərar vermək səlahiyyəti hökumətin əlindədir. “Qərar verilməlidir ki, məsələ həllini tapsın. Bu məsələ yalnız “Eurovision”la bağlı deyil, ümumilikdə həllini tapmalıdır”,- deyə R.Kobia jurnalistin Eurovision mahnı müsabiqəsi qabağı siyasi məhbusların azad edilməsi ideyası ilə bağlı sualının cavabında bildirib.

Səfir Kobia Avropa Ittifaqının Azərbaycan hökuməti ilə çox sıx və institusional dialoq apardığını bildirib.
“Avropa Ittifaqı nümayəndələri Azərbaycana çox tez-tez səfərlər edir və bunun pozitiv nəticələri yaxın zamanda baş verəcək. Hazırda AI ilə Azərbaycanın bütün dövlət qurumları ilə mütəmadi və davamlı dialoq baş verir”.
Səfir Irandan gözlənilən təhdidlərlə bağlı Azərbaycana Avropa Ittifaqının dəstəyi barədə sualın cavabında deyib ki, son məlumatlar çox qapalıdır. “Ümumilikdə Avropa Ittifaqı sülhün carçısıdır, sülhdən kənarda baş verən hər hansı hərəkət qəbuledilməzdir”, – deyə o qeyd edib.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button