Rubrikalar: GÜNDƏMXuralTAC

Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da «Azadlıq» qəzetinin siyasi şərhçisi Seymur Həzi ilə bağlı qərarını elan edib.

Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

Qərara əsasən Azərbaycan hökuməti S. Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir. Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, «Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş S. Həzi 2014-cü il avqustun 39-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda ittiham olunan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edir və özünü təqsirli bilmir. Deyir ki, M. Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib.(Azadlıq.org)

Paylaş:

Share

Son Əlavələr

Putin Paşinyandan niyə çəkinir?

İlham İsmayıl Qarabağ Komitəsinin üzvü "Görünür Rusiya prezidenti özünü xilaskar Şelkunçik-şahzadə obrazında hiss edirmiş..." Başlığı oxuyanın ilk ağlına gələn bu…

9 Dekabr 2018 9:18 axşam

Məşhur aparıcıların efirdəki səhvləri-SİYAHI

Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb. Xural.com-un “Report”a istinadən…

9 Dekabr 2018 12:31 səhər

Oliqarxların “qara siyahısı” hazırlandı, baş nazirə təqdim olundu

Britaniyanın xüsusi xidmət orqanları kəşfiyyatın Kremllə yaxınlıqları olduğunu hesab etdiyi rusiyalı iş adamlarına təzyiqi gücləndirmək niyyətindədirlər. Virtualaz.org xəbər verir ki,…

8 Dekabr 2018 11:39 axşam

Robert Köçəryan həbs olundu

Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə ölkənin keçmiş prezidenti Robert Köçəryan həbs olunub. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.…

8 Dekabr 2018 11:26 axşam

Əvəz Zeynallı: “Mitinqdə azı 20 min adam iştirak edəcək”

Azerbaycanrealligi.com xəbər verir ki, Qarabağ Komitəsi 15 dekabrda Yasamal rayonu “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırır. Komitənin İşçi Qrupunun…

8 Dekabr 2018 11:24 axşam

Hüquq müdafiəçilərini Əli İnsanovla görüşə buraxmadılar

Razılaşdırma görüşdən az öncə pozulub... “Biz illərlə cəzaçəkmə müəssisələrində aparılan monitorinqlərdə iştirak etmişik. Fəaliyyətimiz üçün heç bir problem yaradılmayıb. Ancaq…

8 Dekabr 2018 10:47 axşam
Xural.COM