Avropa Məhkəməsi qərardadını elan etdi: Tərəflər dostca anlaşdı, hökumət kompensasiya ödəyəcək

Yayımlandı: 25 Aprel 2024 15:00

Hər 2 ərizəçi AİHM qarşısında seçki hüququnun pozuntusunu mübahisələndirib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprelin 25-də Azərbaycandan göndərilmiş ərizələr üzrə daha 2 qərardadını elan edib.

Hər 2 ərizəçi AİHM qarşısında seçki hüququnun pozuntusunu mübahisələndirib.

“Qorxmaz İbrahimli Azərbaycana qarşı” və “Rəfail Zeynalzadə Azərbaycana qarşı” – işlərdə hər iki ərizəçi 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslərdir.

Onlar yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasından, bunun onların seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarını pozmasından şikayət edib.

Hər iki ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Məhkəmənin qərardadına görə, hökumət “İbrahimli Azərbaycana qarşı” işində ərizəçiyə 4500 avro məbləğində maddi və mənəvi zərər əvəzi ödəyəcək.“Zeynalzadə Azərbaycana qarşı” işində isə ərizəçiyə 4750 avro məbləğində maddi və mənəvi, xərc və məsrəf əvəzi ödənilməlidir.

Seçki hüququnun pozuntusu AİHM-də Azərbaycandan göndərilən şikayətlər arasında böyük yerə sahibdir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button