Avropa Məhkəməsi Seymur Həzinin şikayətini təmin etdi

Yayımlandı: 24 Oktyabr 2024 16:02

Azərbaycan hökuməti müxalif fəala təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı müxalif fəal və publisist Seymur Həziyevin (Həzi) şikayəti ilə bağlı qərar qəbul edib.

Şikayət Seymur Həzinin küçədəki mübahisədən sonra tutulması ilə əlaqəli olub. “aihmaz.org”  xatırladır ki, o, 2014-cü ilin avqustunda tutulub və 2015-ci ilin yanvarında xuliqanlıq ittihamı çıxarılana qədər həbsdə saxlanılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi bu işlə bağlı yekdilliklə qərar verib.

Qərara əsasən, Seymur Həzinin 29 Oktyabr – 11 Noyabr 2014 tarixləri arasında həbsdə saxlanılması məhkəmə qərarına əsaslanmadığı üçün Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi (azadlıq və təhlükəsizlik hüququ) və Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndi pozulub (ağlabatan müddətdə məhkəmə araşdırması və ya məhkəməyə qədər sərbəst buraxılma), çünki səlahiyyətli dövlət orqanaları onun haqqında seçilmiş həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilməyiblər. İşin konkret faktlarına toxunmadan, həbs qətimkan tədbiri seçərək, sadəcə, standart şablondan istifadə ediblər və həbs müddətini uzadarkən heç bir əsas göstərməyiblər.

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Məhkəmənin qərarına əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 13 min, xərc və məsrəflərə görə 1500 avro ödənilməlidir.

Ərizəçi Seymur Maşgül oğlu Həziyev 1982-ci ildə anadan olub və Azərbaycan vətəndaşıdır. O, əvvəllər Azadlıq qəzetində yazılar yazırdı və hökuməti tənqid edən “Azərbaycan Saatı” adlı televiziya proqramının aparıcısı idi. O fəaliyyətinə görə 2016-cı ildə ildə beynəlxalq mükafata layiq görülüb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button