Avropa Məhkəməsi Yunis Səfərovun şikayəti üzrə kommunikasiyaya başlayıb

Yayımlandı: 27 İyun 2024 14:07

Fariz Namazlı deyir ki, müvəkkili təcridxanada olduğu müddətdə ailə üzvləri ilə əlaqə saxlaya bilməyib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda ömürlük həbsdə olan Yunis Səfərovun şikayətlərindən biri üzrə kommunikasiyaya başlayıb.

Yunis Səfərov həbs edildiyi tarixdən (03 iyul 2018) saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən ailə üzvləri ilə görüşə, onlarla telefon əlaqəsi saxlaya bilməməsindən yerli məhkəmələrə şikayət edib.

Vəkil Fariz Namazlı deyir ki, yerli məhkəmələr onun şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina edib. Yerli məhkəmələr onun şikayətə məhkəmədən xahiş olunan hüquq pozuntularının baş verməsini təsdiq edən hər hansı sənəd əlavə edilməməsini əsas gətiriblər.

Bundan sonra o, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək Konvensiyanın 8 (özəl həyata hörmət hüququ) və 13 (səmərəli müdafiə vasitələrinə malik olma) maddələrində nəzərdə tutulan hüquqlarının pozuntusunun tanınmasını xahiş edib.

Foto: Fariz Namazlının şəxsi arxivindən

Vəkil bildirir ki, Avropa Məhkəməsi Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin şəxsi və ailə həyatına və ya yazışmalarına hörmət etmək hüququna müdaxilə edilib edilməməsi, xüsusən, onun ailə üzvləri və ətraf dünya ilə görüşmək və onlarla telefon danışıqları aparmaq hüququna məhdudiyyətin qoyulub qoyulmaması, qoyulduğu halda, bu müdaxilənin qanuna uyğun olub olmaması və məhdudiyyətin əsaslı olub olmamasına, həmçinin ərizəçinin ixtiyarında Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, effektiv daxili müdafiə vasitələrinin olub- olmamasına dair suallar qoyulub.

Bu işin özəlliyi həm də ondadır ki, yerli məhkəmələr Cinayət prosessual Məcəlləsinin 449-cu maddəsinə əsasən, məhkəmə nəzarəti qaydasında verilən şikayətləri geri qaytarırlar, baxmayaraq ki, bu icraatda verilən şikayətin geri qaytarılması mexanizmi qanunvericilikdə nəzərdə tutulmayıb”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button