Avropa Məhkəməsindən Azərbaycanla bağlı 146 min avroluq qərar

Hökumət mülkiyyət hüququnu pozduğu vətəndaşa bu məbləğdə kompensasiya ödəməlidir

Ədalət Axverdiyev Azərbaycana qarşı iş üzrə təzminat barədə Avropa Məhkəməsi qərarını elan edib. Bu barədə həmin iş üzrə vəkil olan Fuad Ağayev Facebook profilində xəbər paylaşıb.

Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti Ədalət Axverdiyevin mülkiyyət hüququnun pozulması ilə bağlı 140 min avro maddi, 3 min avro mənəvi və 3 min avro da xərclərə görə kompensaiya təyin edib.

Ədalət Axverdiyev Bakının Xutor adlanan qəsəbəsində yaşayıb. 2009-cu ildə həmin ərazidə “Bakı şəhərinin görünüşünün yaxşılaşdırılması məqsədilə” aparılan söküntü ilə bağlı ərizəçinin də evi plana düşüb, ona sökülmüş qəbiristanlıqda (Nərimanov rayonu) yeni tikilmiş binadan 5 otaqlı ev vermək istəyiblər, ancaq Ə.Axverdiyev təklif olunan şərtlərlə razılaşmayıb. Buna baxmayaraq, onun evi qanunsuz olaraq sökülüb. Yerli məhkəmələrdə qanuni haqqı tanınmayan ərizəçi sonda Avropa Məhkəməsinə üz tutub.

Avropa Məhkəməsi Ə.Axverdiyevin pozulmuş mülkiyyət hüququnu tanıyıb və bu gün – martın 21-də qərarını elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button