Avropa Məhkəməsi Yunusların işgəncə faktını tanıyıb

Avropa Məhkəməsi hüquq müdafiəçiləri  Leyla və Arif Yunusların işi üzrə qərarını elan edib.

Məhkəmənin qərarı ilə hüquq müdafiəçilərinin Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması) maddəsilə hüquqlarının pozulduğunu tanıyıb.

Məhkəmə hər birinə 13000 avro kompensasiya, 4000 avro digər xərclərin tutulması barədə qərar qəbul edib. Bu səbəblərə görə məhkəmə yekdilliklə, 3-cü maddəni onunla izah edir ki, hər iki hüquq müdafiəçiləri həbs qətimkan tədbiri zamanı onlara lazımi tibbi yardım göstərilməyib.

Həmçinin qərarda cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsinə əsasən öz öhdəliklərinə əməl etmədiyi qeyd edilib (fərdi şikayətlər).

Vəkil Cavad Cavadov məhkəmənin qərarını şərh edərək deyib ki, Konvensiyanın 34-cü maddəsi hüquq müdafiəçilərinin həbsdə olduğu müddətdə vəkilləri Xalid Bağırovun vəkillikdən uzaqlaşdırılması və onun yanına buraxılmaması olub.

Hal-hazırda hüquq müdafiəçilərinin daha bir işi Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri üzrə Avropa Məhkəməsində olduğunu xatırladıb.

Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A.Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət sonra onların hər ikisi müalicə olunmaq üçün Hollandiyaya gediblər.

Leyla Yunus Hepatit C  xəstəliyindən, Arif Yunus isə yüksək təzyiqdən əziyyət çəkir.

Kassasiya şikayətlərində onların barələrində olan cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılması istənilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button