Avropa Parlamenti İvanişviliyə dərhal sanksiya tətbiq etməyə çağırıb

Yayımlandı: 9 Oktyabr 2024 17:04

“Gürcü Arzusu” sənədi ölkənin daxili işinə kobud müdaxilə kimi qiymətləndirib

Avropa Parlamenti səs çoxluğu ilə Gürcüstanla bağlı qətnamə qəbul edib. Qətnamədə Avropa Komissiyasının Gürcüstanla vizasız rejim meyarlarını nəzərdən keçirməyə, üzv dövlətləri isə Bidzina İvanişviliyə dərhal sanksiya tətbiq etməyə çağırıb.

Qətnaməni 495 deputat dəstəkləyib, 73 deputat əleyhinə səs verib, 86 deputat isə bitərəf qalıb.
Qətnamənin mətnində Gürcüstanda demokratiyanın geriləməsinə təəssüf qeyd olunub.

Qətnaməni imzalayanların fikrincə, bu geriləmə il ərzində, xüsusən də 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi müşahidə olunub. Sənəd “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunların qəbulunu, Seçki Məcəlləsinə dəyişiklikləri pisləyib.

Sənəddə həmçinin Gürcüstan hakimiyyəti keçmiş Prezident Mixail Saakaşvilini azad etməyə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.

İvanişvili. Foto: Reuters

Qətnamədə bir daha Avropa İttifaqı Şurası və Avropa İttifaqının “demokratik tərəfdaşları” Gürcüstanda demokratiyanın vəziyyətinin pisləşməsi ilə əlaqədar Bidzina İvanişviliyə “təcili və məqsədyönlü şəxsi sanksiyalar tətbiq etməyə” çağırılıb.

Gürcüstanın “Gürcü Arzusu” Partiyası isə qətnaməni ölkənin daxili işlərinə kobud müdaxilə hesab edib.

Partiyanın sədri İrakli Qaribaşvili deyib ki, sənəd Gürcüstandakı “radikal və müflis müxalifət”in havadarları tərəfindən hazırlanıb, Gürcüstan dövlətçiliyi əleyhinədir. O, Avropa Parlamentinin iki il əvvəl də oxşar qətnamə qəbul etdiyini yada salıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button