Avropa Şurası Nazirlər Komitəsi

“Natiq Cəfərlinin işi”ni bağlanmış hesab edib...

Avropa Şurası Nazirlər Komitəsi sentyabrın 16-da Strasburq Məhkəməsinin “Respublikaçı Alternativ” partiyasının siyasi şurasının üzvü Natiq Cəfərlinin işi üzrə qərarın icrasına nəzarətin dayandırılmasına qərar verib.

AİHM-nin siyasətçinin 2016-cı ilin avqustunda həbsi ilə bağlı qərarı 2019-cu il noyabrın 7-də qəbul edilib.

Strasburq Məhkəməsi Cəfərlinin iqtisadi xarakterli cinayətlər törətmək ittihamı ilə heç bir əsas olmadan həbs edildiyi barədə qənaətə gəlib.

Hökumətin təzminatı ödəməsini və 2017-ci ildə xitam verilmiş cinayət işinin Cəfərli üçün başqa bir mənfi nəticəsinin olmamasını nəzərə alaraq, Nazirlər Komitəsi məsələnin bağlandığını hesab edib.

Nazirlər Komitəsinin qərarını Turan agentliyinə şərh edən hüquq sahəsində ekspert Xalid Ağaliyev qeyd edib ki, AŞ Nazirlər Komitəsinin nəzarəti altında olan, şərti olaraq “Anar Məmmədlinin qrupu”na aid edilmiş 7 işdən yalnız Cəfərli barəsində iş bağlanmış hesab olunub. Onun barəsində hökumət bütün fərdi tədbirləri icra edib.

Bununla belə, ümumi tədbirlər hələ icra edilməyib. Söhbət hökumətin tənqidçilərinə, vətəndaş cəmiyyəti fəallarına və hüquq müdafiəçilərinə qarşı cinayət qanunvericiliyindən istifadə təcrübəsinin aradan qaldırılmasından gedir.

Nazirlər Komitəsi “Anar Məmmədlinin qrupu” çərçivəsində AİHM-nin qərarlarının tam icrası üzrə ümumi tədbirlərə nəzarəti davam etdirəcək. Bu qrupa hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova və digər fəallar daxildir.

Həbsdən azad edilmələrinə baxmayaraq, bu şəxslərə qarşı bəzi məhdudiyyətlər qalmaqdadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button