Avropa Şurasının rəhbərliyi Azərbaycandan rüşvət alanları cəzalandırmaq istəyir

Anders Samuelsen: ”Dərhal hərəkət etməyə çağırıram”

Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı hazırlanan hesabatda adı keçən deputatlar qurumdan uzaqlaşdırılacaq.

Bu barədə Danimarka xarici işlər naziri və Şuranın Nazirlər Komitəsinin sədri Anders Samuelsen mayın 4-də AŞPA prezidentinə göndərdiyi məktubda qeyd olunub.

Anders Samuelsen hesabatda yazılanlar haqda bildirib ki, olaylar onu dərindən narahat edir:

“Ona görə dərhal və güclü şəkildə hərəkət etməyə çağırıram”.

Məktubu “The New York Times” yayıb.

Andres Samuelsen hesabatda adı çəkilən vəzifəlilərin cəzalandırılmasını vacib sayıb.

Hüquq müdafiəçisi Rəsul Cəfərov bu barədə “Facebook” səhifəsində yazıb ki, məktubda xüsusi məqam açıq şəkildə korrupsiya hesabatının nəticələrindən diqqəti yayındırmağa çalışan kiçik bir qrupun olduğu qeyd olunub və bunu narahatlıq kimi qiymətləndirib.

Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqı yekunlaşdırıb. Azadlıq Radiosunun məlumatına görə 10 ay davam edən istintaqla bağlı aprelin 22-də 219 səhifəlik hesabat açıqlanıb.

Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparıb.

İstintaq belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Hesabatda qeyd olunur ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.  (meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button