Rubrikalar: ARAŞDIRMA DÜNYA XuralTAC

Avropa yenidən savaşın astanasındadır-TƏHLİL

Dominik Muasi

“Project Syndicate”

Birinci Dünya müharibəsinin başa çatmasından 100 il keçib və yüzillik yubiley bu ay Avstraliya, Kanada, Fransa və Böyük Britaniyada böyük təmtəraqla xatırlanıb. Almaniya, iki ölkə arasındakı barışığa sadiqliyi təkrarlayaraq, Fransaya yüksək səviyyəli nümayəndə heyəti göndərib. Lakin Fransa-Almaniya arasında sülhün Avropanın daha dəhşətli bir müharibəyə məruz qalmasından sonra yaranması əslində, siyasi liderlərin bəsirətli olmaması ucbatından hələ də kövrəkdir.

Kembric tarixçisi Kristofer Klark Birinci Dünya müharibəsi haqqında kitabını (2012-ci il) haqlı olaraq “Gecəgəzər” adlandırıb. Əcaib korluq, arxayınçılıq və inadkarlıq sayəsində Avropa liderləri ölkələrini bütöv bir nəslin çökməsinə səbəb olan münaqişəyə məruz qoyublar.

Birinci Dünya müharibəsi sənayeləşmə və nəqliyyat inqilabının törəməsidir. 1853-1856-cı illərdə Krım müharibəsi bir milyondan artıq itki yaradıb; 1861-1865-ci illərdə Amerikada Vətəndaş müharibəsi nəticəsində 600 mindən çox adam ölüb.

Bu təcrübələrə baxmayaraq, Avropa liderləri XIX əsrin hərbi nəzəriyyəçisi Karl fon Klauzevitzin “Müharibə – digər vasitələrlə siyasətin davamıdır” kəlamını rəhbər tutub.

Beləliklə, “siyasət” 20 milyon hərbi və mülki itki ilə nəticələnən müharibə şəklində davam edib.

Lakin hətta bu da gecəgəzərlərin yuxudan oyanması üçün kifayət etməyib. Sülh dövründə də Avropa liderləri cahan müharibəsinə səbəb olan ayrı-seçkiliyi aşa bilməyib, fransızlar və almanlar arasında xüsusilə qeyri-sabit bir vəziyyət yaranıb.

Bu uğursuzluq ölkənin dərin iqtisadi böhranla üzləşdiyi bir dövrdə, milyardlarla dollarlıq təzminat ödənişləri də daxil olmaqla, Almaniya qarşısında çox sərt tələblər qoyan Sülh müqaviləsinin özündə əksini tapıb. Eyni zamanda, beynəlxalq nəzarət çox zəif olub və Millətlər Birliyi Adolf Hitlerin Reynlandın yenidən silahlandırılması kimi təhlükəli inkişaf qarşısında səssiz qalıb. ABŞ Senatının 1919-cu ildə Millətlər Birliyinə üzvlüyü rədd etməsi (prezident Vudro Uilsonun irəli sürdüyü beynəlmiləlçilik və çoxtərəflilik prinsipləri), əlbəttə, mənfi iz qoyub.

İkinci Dünya müharibəsi, əsasən, millətçiliyin yüksəlişi sayəsində baş verib. Fransanın baş naziri Jorj Klemanso qatı millətçi və xüsusilə anti-Almaniya tərəfdarı idi. Lakin Klemanso kimi davranan şəxs (xüsusilə Birləşmiş Ştatlar kimi bir güc güclü yardım təklif edirsə) müharibəni uda bilər, sülhü qazana bilməz; siyasi millətçilik təbii olaraq münaqişəyə gətirib çıxarır.

Bu gün böyük dünya lideri, ABŞ prezidenti Donald Tramp Klemanso kimi davranır. Bu, yalnız ABŞ-a deyil, Avropaya da ciddi təsir göstərir. Yüzdə-yüz Fransa prezidenti Emmanuel Makron Trampın rədd etdiyi “Uilson prinsipləri”nə sadiqdir. Lakin müharibəarası dövrün təcrübəsi göstərir ki, əgər əsas qaydalar və prinsiplər hər kəs tərəfindən qəbul edilmirsə, onları dəstəkləyən təsisatlar işini davam edə bilməz.

İkinci Dünya müharibəsi birincinin nəticələrini ötüb-keçib – Avropa qlobal hakimiyyət dövrünü bitirib. Avropa 1945-ci ildən bəri böyüyən və inkişaf edən qitə olsa da, bir zamanların qlobal liderlik statusunu əldə etməyib. Avropa İttifaqı hazırda çoxtərəflilik mövqeyini rədd edən və millətçiliyi qəbul edən ABŞ-ın mərhəmətindən çox asılıdır.

Əlbəttə, Avropanın qarşılaşdığı risklərin çoxu öz sərhədləri içindədir. Məsələn, Fransa Makronun xəbərdarlıqları və ya daha konkret olaraq, çoxtərəfli mantiyaya keçmək səylərinə qarşı çıxır.

Təhlükə – bu gün müharibənin nə olduğunu bilməyən nəslin müharibəyə səbəb olan hadisələr zəncirini yaratmasıdır. Bu risk xüsusilə Fransada son dövrdə yanacağa ekoloji verginin tətbiqinə qarşı “sarı paltarçı”ların etirazları ilə aydın görünür. Etirazlar, həmçinin Makronun daha geniş şəkildə ittiham edilməsi üçün nəzərdə tutulub.

Etirazçılar, ehtimal ki, 1789-cu ilin Fransa İnqilabının ruhunda hərəkət edirlər, bu da fransızlarda tez-tez dirilən bir ruhudur. Amma həqiqətən 1930-cu illərin sağ qanadlı etiraz hərəkatına bənzəyir.

Bu, Fransa vətəndaşları, xüsusilə də gənclərin şikayət etmək üçün heç səbəbi olmadığı mənası vermir. İşsizlik çox uzun müddətdir ki, yüksək səviyyədə qalır. Halbuki Fransa digər ölkələrdə daha çox görülən gəlir bərabərsizliyindən böyük ölçüdə uzaqlaşa bilib. Lakin sistem bərabərsizliyi yerində sayır.

Amma fakt budur ki, istənilən şəxsin və ya təşkilatın, məsələn, əsas siyasi partiyalar və həmkarlar ittifaqları daxil olmaqla, “elita” ilə uzlaşması populist demaqoqların istismarına məruz qalır. Bu demaqoqlar hakimiyyətin tərəfində durur və risklər doğurur.

Dünya keçən əsrdə dərindən dəyişib. Bizim iqtisadiyyatlarımız daha dərin şəkildə iç-içədirlər və bugünkü silahların məhv miqyası çəkindirməni labüd edir. Lakin Trampın qeyri-adi prezidentliyi, xüsusən ittifaqlara münasibəti və nüvə çağırışları sülhü qorumaq üçün yaratdığımız strukturların etibarsız olduğunu göstərir.

Qərbdə millətçi və populist ideyalar coşduqda, yenidən vulkan kənarında rəqs edirik.

Tərcümə: Strateq.az

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM