Avropada donuz taunu aşkarlandı
Heyvanların 14-də ASF aşkar edilib...
Rumıniyanın şimal-qərbindəki Sibiu rayonunda Afrika donuz taunu (ASF) epidemiyası qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə Rumıniyanın Yoluxucu Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.
İlkin məlumatlara görə, yüzlərlə heyvanın saxlanıldığı böyük şəxsi təsərrüfatda epidemioloji xəstəliyin əlamətləri qeydə alınıb. Eyni zamanda, heyvanların 14-də ASF aşkar edilib.
Rumıniyanın Yoluxucu Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin əmri ilə qeyd olunan fermanın ərazisində 3 kilometr radiuslu sanitar zona yaradılıb. Müəssisədə bütün heyvanlar evtanizasiya edilir.