Avropada Rusiyanın təbliğatı ilə bağlı istintaq və araşdırma başlanılıb 

Yayımlandı: 31 May 2024 18:09

Avropa Parlamentinin deputatının köməkçisinin evində və ofisində axtarış aparılıb

Brüssel və Strasburda korrupsiya və Rusiyanın müdaxiləsi ilə bağlı istintaq çərçivəsində Avropa Parlamentinin ofislərində axtarışlar aparılıb.

“Figaro” bu barədə Belçika Federal Prokurorluğuna istinadən xəbər verir.

Təhqiqata yaxın mənbənin nəşrə verdiyi məlumata görə, axtarışlar o cümlədən Avropa Parlamentinin qatı sağçı “Kimlik və Demokratiya” qrupundan olan deputat Marsel de Qraafın köməkçisi Giyom Pradurun evində və ofisində aparılıb.

Əvvəllər o, “Almaniya üçün alternativ” müxalifət partiyasının Avropa Parlamentindəki nümayəndəsi Maksimilian Kranın köməkçisi işləyib.

İttiham aktında deyilir ki, axtarışlar Rusiyanın müdaxiləsi ilə bağlı aparılan istintaqın bir hissəsidir.

“Fiqaro”nun mənbəsinə görə, Avropa Parlamentinin üzvlərinə “Voice of Europe” internet saytı vasitəsilə Rusiyanı təbliğ etmək üçün müraciət edilib və bunun qarşılığında onlara mükafatlar verilib.

Həmsöhbət qeyd edib ki, Moskvanın maliyyələşdirdiyi təsir şəbəkəsi aşkara çıxarıldıqdan sonra Belçika Federal Prokurorluğunda istintaq başlanılıb.

Avropa Parlamentinin deputatı Marsel de Qraaf “Twitter” hesabında yazıb ki, o və köməkçisi axtarışlar barədə KİV-dən öyrəniblər.

Marsel de Qraaf bu xəbərin onun üçün tamamilə gözlənilməz olduğunu etiraf edib.

O bəyan edib ki, nə özünün, nə də Praduranın Rusiyanın təbliği ilə əlaqəsi var.

“Belə başa düşürəm ki, hakimiyyətin bu hərəkəti seçkilərdə yaxşı nəticə verəcəyindən qorxduğu “Almaniya üçün alternativ”ə qarşı yönəlib”, – deputat deyib.

“Voice of Europe” informasiya saytını ukraynalı siyasətçi və Vladimir Putinin xaç atası Viktor Medvedçukla əlaqələndirirlər.

Bundan əvvəl Aİ Şurası “Voice of Europe” radiosunun Avropada yayımını qadağan etmişdi. 

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button