Avropadakı azərbaycanlılar iqtidara qarşı

2 Aprel aksiyası

2 aprel aksiyası ilə bağlı həbs olunan müxalifətçilərlə əlaqədar Avropadakı Azərbaycan təşkilatları birgə bəyanatla çıxış ediblər. Redaksiyamıza daxil olan bəyanatda bildirilir ki, 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət öz ömrünü uzatmaq üçün dinc aksiya keçirmək istəyən sadə vətəndaşların və demokratik müxalifətin – İctimai Palatanın qanuni çağırışlarına qarşı getdikcə daha da aqressivləşir. Rəsmi hakimiyyət nəinki bu çağırışlara əhəmiyyət vermir, üstəlik ölkədə demokratik dəyişiklik tələb edən ictimai xadimlərə, gənc fəallara və müxalifət nümayəndələrinə qarşı amansız repressiyalar aparır. “Bu repressiyalar xüsusilə İctimai Palatanın çağırışı ilə bu il aprelin 2-də Bakı şəhərinin mərkəzində baş tutan dinc aksiyadan sonra artan xətlə inkişaf etməkdədir. Bəlli olduğu kimi bu müddət ərzində yüzlərlə gənc fəal güc qurumları tərəfindən saxlanılıb, işgəncə və təhqirlərə məruz qalıb, onların qohumlarına və yaxınlarına təzyiqlər göstərilib. Siyasi hakimiyyətin sifarişlərilə fəaliyyət göstərən Azərbaycan məhkəmələri isə saxta ittihamlarla həbs edilən siyasi məhbuslara ağır hökmlər çıxarmaqda davam edirlər. Halbuki artıq həmin şəxslərin çoxu beynəlxalq qurumlar tərəfindən vicdan məhbusu kimi tanınmışdır. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində xüsusi xidmətləri olmuş Arif Hacılının müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində saxta ittihamlarla həbsdə saxlanılması Azərbaycan dövləti üçün ən böyük utancverici hadisədir”.

Bəyanat müəllifləri bildiriblər ki, onlar Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsini, repressiyalara son qoyulmasını tələb edirlər.

 

Bəyanatı aşağadakı təşkilatlar imzalayıb:

 

– Eldəniz Yusibov – Azərbaycanlı Siyasi Mühcirlərin Dünya İttifaqı: Niderland

– Rəşad Sadıqov – Odlar Yurdu: Niderland

– Fikrət Hüseynli – Yeni Müxalifət Hərəkatı – Niderland

– Azər Ramizoğlu – Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi: Niderland

– İlham Həsən -FrankfurtAzərbaycan Cəmiyyəti – Almaniya

– Yusif Abulov – Maynz Azərbaycan Cəmiyyəti: Almaniya

– İntiqam Məmmədov – Hamburq Azərbaycan Cəmiyyəti: Almaniya

– İsa Sadıqov – “Odlar Yurdu” Təşkilatı (ehtiyatda olan polkovnik): Norveç

– Əli Ağayev – “Prometey” Təşkilatı: İsveç

– Teymur Eminbəyli – Bütöv Azərbaycan Təşkilatı: İsveç

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button